QHT sədri kitab yazıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri (AVCİYA) Elxan Süleymanovun “Azərbaycan 10 il Avropa Şurasında” adlı kitabı çapdan çıxıb. AVCİYA-dan qhtxeber.az-a verilən məlumata görə, kitabda Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyü dövründə keçdiyi yol lakonik formada təhlil edilib. Azərbaycanın Avropa Şurasının bərabərhüquqlu üzvü kimi keçmiş 10 il ərzində dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi, o cümlədən insan hüqüqlarına və əsas azadlıqlara dair beynəlxalq standartların milli qanunvericilikdə təsbiti və təmin edilməsi, bazar iqtisadiyyatının bərqərar olması, ölkənin sosial-iqtisadi inkişafı və Avropa hüqüq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olduğunu qeyd edən müəllif 2001-ci ildən indiyə qədər Avropa Şurası Parlament Assambleyasında qazanılan uğurlarda Azərbaycan nümayəndə heyətinin üzvü olmuş millət vəkillərinin rolunu xüsusi vurğulayır.
Qeyd edək ki, kitab Azərbaycan dilində Bakıda, ingilis dilində Brüsseldə işıq üzü görüb. Kitabın elmi redaktoru Almaniya-Azərbaycan Əlaqələrinin İnkişafına Yardım Cəmiyyətinin sədri Eduard Lintnerdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO