Qeyri-ixtisaslı jurnalistlər: “Məni jurnalistikada narazı salan bir əsas şey var” – RUBRİKA

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

Araz Radio 103.3 fm-in baş redaktoru Səxavət Nur: “Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişəm. Hüquqşünas işləməmişəm. Jurnalistikaya elə tələbə vaxtı gəlmişəm. Universitetin ikinci kursunda oxuyanda qəzetdə işləməyə başladım. Bu sahəyə həvəsim isə uşaqlıqdan olub. Televiziya və radio məni cəlb edirdi. 
Qətiyyən peşman deyiləm. Aydın məsələdir ki, bizim sahədə həmişə çətinliklər olub. Amma sahəmizi, peşəmizi sevdiyimə görə heç bir peşmançılığım yoxdur. Əksinə sevinirəm ki, bu sahədəyəm”. Четверо насильниц и один парень

Mediaforum.az saytının redaktoru, pressforum.az saytının baş redaktoru İsmayıl İsmayılova öz peşəsi ilə bağlı iş təklifi olmayıb“Rusiyada oxumuşam, filoloqam. Rus dili və ədəbiyyatı ixtisasını bitirmişəm. Amma bircə gün də filoloq kimi işləməmişəm. Məni Rusiyaya oxumağa Azərbaycan Respublikası yollamışdı. Bitirəndən sonra gəlib burada işləməliydim. Ancaq gəlişim çox pis illərə düşdü. Universiteti bitirdiyim il SSR dağıldı, burada hər şey bir-birinə qarışdı və ümumiyyətlə, peşəmlə bağlı heç bir iş təklifi olunmadı. Adətən, məndən qabaq gələnlər öz peşəsi ilə işləyirdilər. Universiteti bitirəndən bir müddət sonra da Rusiyada yaşamışam, orada işləmişəm.

Həmişə yazı yazır, tərcümələr edirdim. Ümumiyyətlə, yazıya bir həvəsim, ehtirasım olub. Azərbaycana qayıdandan sonra tədricən müxtəlif qəzetlərə yazılar verməyə başladım. Jurnalistikaya belə gəldim. Heç bir peşmançılıq hissi də duymuram. Çünki jurnalistika yazmaq ehtirası, qabiliyyəti olan hər bir insan üçün açıq bir peşədir. Mən nəinki bir jurnalist olaraq yazı yazır, hərdənbir xırda hekayələr, və yaxud esselər yazır, yəni publisistika ilə də məşğul oluram. Sadəcə son illər iş yükü artdığından bir az bu sahəni kənara qoymuşam. Amma  boş vaxt olanda oturub belə bir yaradıcılıqla da məşğul oluram.

Heç bir peşmançılıq hissi keçirtməmişəm. Bu işi bəyənirəm. Belə deyək, ilham gəlibsə gərək oturub yazasan da. Qurtardı getdi. Mən həm də redaktoram. Gündə onlarla yazı, müxtəlif material və s. nəzərdən keçirir, düzəldirəm. Məni bəlkə də jurnalistikada narazı salan bir şey, daha çox bəyənmədiyim şey odur ki, çoxlu yararsız, zəif yazılarla rastlaşıram. İndi hamı elə düşünür ki, yazı yazmağı bacarır, nə gəldi yazıb göndərirlər. Sən də bəzən oturursan, bunları düzəldir, normal hala salırsan. Sonra başa düşürsən ki, elə oturub özün yazsaydın, bəlkə də bundan yaxşı olardı. Yəni, məni peşənin bu tərəfi bir az narahat edir. Hətta, bəzən başqa mənbədən götürdüyüm xəbərləri də düzəldib yararlı hala salmağa məcbur oluram. Çünki bir çox saytların standartı elədir ki, necə gəldi yazırlar və yaxud tez-tez necə bir vəziyyətdə gəldi, elə də götürürlər səhifəyə atırlar. Amma biz çalışdığımız strukturların hər birində ciddi standartları gözləyirik”.

ANS TV-nin “Xəbərçi” proqramının aparıcısı Rita Ömərova düzgün seçim etdiyini düşünür: 
“BDU-nun politologiya fakültəsini bitirmişəm. Mən institutu bitirən kimi jurnalist fəaliyyətinə başlamışam. Jurnalist işləmək də insanın siyasi təfəkkürünü inkişaf etdirir, insan siyasi prosesləri daha yaxşı anlayır, analiz edir. Politologiya üzrə heç işləməmişəm. Sadəcə, bəzən gündəmdə olan siyasi proseslərlə bağlı reportaj edəndə özümüz analiz edirik. Jurnalist olmağı isə mən hələ uşaqlıqdan arzulamışdım, həmişə jurnalist olmaq istəyirdim. Tarix müəlliməm Dilbər müəllimənin məsləhəti ilə sıralamada ixtisas seçimində 1-ci politologiyanı seçdim. Çünki o politologiyanı bitirsəm, siyasi sahədə daha yaxşı jurnalist ola biləcəyimi dedi. Mən də indi düşünürəm ki, düzgün seçim eləmişəm. İnstitutu bitirən kimi “İmpuls” qəzetində bir az işlədim, daha sonra isə ANS-də jurnalistlər üçün başladılan kurslara daxil oldum. 3 ay burada  jurnalistikaya aid dərslər keçdik, Vahid, Seyfulla, Mirşahin müəllim bizə dərs keçdi, sonra da burada işlədim.
Jurnalistikanı seçdiyimə görə peşman deyiləm”.

Kulis.az dərgisinin redaktoru Ağa Cəfərli: “Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin  filologiya fakültəsini qurtarmışam. Əslində Pedaqoji Universitet müəllim hazırlayır. Yəni, mən universiteti qurtarandan sonra müəllimlik eləməliydim. Amma şərait belə oldu ki, hətta universitetdə oxuyanda mətbuatla əməkdaşlıq eləməyə başladım. Bir partiyanın mətbuat xidmətində çalışırdım və elə orada çalışa-çalışa mətbuatla, jurnalistlərlə əlaqələrim yaranıb. Sonra bu mətbuat xidmətindən ayrıldım, “Bakı xəbər” qəzetində işləməyə başlamışam. Ondan sonra da elə ancaq mətbu orqanlarda çalışmışam. 
Bircə gün də müəllim kimi işləməmişəm. Kimdənsə soruşanda peşəyə uşaqlıqdan həvəsiniz var idi, hamısı deyir “hə”. Bu bir az şablon kimi görsənir. Amma doğurdan da mənim uşaqlıqdan həvəsim var idi. Bəlkə də jurnalistika fakültəsinə qəbul olmaq istəyərdim. Qismət belə oldu ki, filologiyaya daxil oldum. Amma elə orta məktəb dövründən olan marağın nəticəsi idi ki, mən gəldim jurnalistikaya. İndi mətbuatda olmağım o marağın nəticəsidir. Ancaq filologiya ilə jurnalistikanı tam bir-birindən ayrı təsəvvür etmək olmaz. Filoloqların hamısı publisistik məqalələrlə çıxış edirlər. Yəni, bir-birinə xeyli yaxın sahələrdir. Buna görə də mənə problem olmayıb, daha tez adaptasiya olmuşam.
Adam təbii olaraq istəyərdi ki, jurnalistlərin maaşı daha yüksək olsun, şərait daha yüksək səviyyədə olsun, filan. Düzdür, hərdən çətin vəziyyətdə qalanda, depressiya düşəndə düşünürsən, başqa sahədə faəliyyət göstərsəydim daha yaxşı olardı. Amma peşman deyiləm. Mən işimdən razıyam və jurnalistikanı da sevirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO