«Qazeta.Ru»ya peyğəmbəri xatırlatdılar. Karikatura qalmaqalı paytaxt KİV-inə də çatdı

Hal-hazırda nəşr Boyarskovla məhkəmədə görüşməyi nəzərdə tuturlar. Mixaylin qeyd edir ki, «hüquqşünaslar sənədi diqqətlə öyrənir və hüquq pozuntusu axtarırlar». «Qazeta.Ru»nun inadını başa düşmək olar: qüvvədə olan KİV haqqında qanunvericiliyə müvafiq olaraq, RMM-in bir il ərzində iki xəbərdarlığından sonra nəşr ləğv edilə bilər.
Materialın dərcindən ay yarım sonra «Qazeta.Ru»ya xəbərdarlıq edilmişdir. Məmurların ləngliyi onunla izah edilir ki, RMM məqalə haqqında, təmamilə təsadüfən bilmişdir.
Hələ Danimarka karikaturaları ətrafında qalmaqal başlayanda, müşahidəçilər xəbərdarlıq edirdilər ki, məmurlar ondan müstəqil KİV-ə təzyiq göstərmək üçün istifadə edə bilərlər. 2006-cı il fevralın əvvələrində Volqoqrad və Voloqda qəzetləri dini mövzuda karikaturalar dərc etmişdilər. Yalnız Voloqdanın «Naş region» qəzetinin bütün dünyada kütləvi etiraz aksiyalarına səbəb olan Danimarka karikaturalarını, Volqoqradın «Qorodskiye vesti» qəzetinin isə öz rəssamlarının çəkdiyi şarjları dərc etməsinə baxmayaraq, nəşrlərin ikisinin də fəaliyyəti dayandırılmışdır. Bununla yanaşı «Naş region»un baş redaktoru Anna Smirnovaya qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı irəli sürülmüşdür.
Altayın «Banfaks» informasiya agentliyi dini mövzularda karikaturalar dərc etməmişdi, lakin martın əvvəlində RMM-in Sibir federal dairəsi üzrə idarəsi martın əvvəlində Barnaul məhkəməsinə, KİV orqanının bağlanması tələbi ilə müraciət etmişdi. Nəzarətçinin narazılığına, nəşrin İnternet-forumunda verilmiş şərh səbəb olmuşdur, burada oxucular, karikatura qalmaqalına qarışan nəşrləri bağlayarkən, hakimiyyətin əsaslandığı ikili standartları müzakirə edirdilər. Barnaul məhkəməsi bu işi araşdırmağa başlamışdır.
Voloqda və Volqoqrad nəşrlərinin ləğvi geniş rezonansa səbəb oldu. Hüquq-müdafiə təşkilatları, media birliklərinin nümayəndələri və hətta bəzi dini xadimlər də jurnalistləri dəstəklədilər. Duma hadisəni araşdırmaq niyyətini bildirdi. Lakin bu havadarlıq böyük nəticələr vermədi: «Naş region»un baş redaktorunun üzərindən yaşadığı yerdən kənara çıxmamaq haqqında iltizam götürüldü, Volqoqrad meriyası isə ləğv edilmiş «Qorodskiye vesti»yə rəhbərlik edən Tatyana Kaminskayanı «Volqoqradskaya qazeta»nın baş redaktoru təyin etdi.
Volqoqrad mətbuatında dini mövzuda karikaturaların nəşrindən dərhal sonra Boyarskovun təşkilatı, dindarların hisslərini təhqir edən KİV-ə qarşı ən sərt tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Bundan sonra təşəbbüs RMM-in əyalət şöbələrinə keçmiş və hələ cümə axşamına qədər onların fəaliyyətinin mərkəzin siyasətinə uyğunluğu aydın olmamışdı. İndi artıq, yerli məmurların məsələni düzgün dərk etmələri şübhə doğurmur.

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO