“Qasid” mətbuat yayım firması qarşısında etiraz aksiyası keçiriləcək

“Qasid” mətbuat yayım firması qarşısında aprelin 1-də etiraz aksiyası keçiriləcək.

SalamNews-un məlumatına görə, aksiyanı “Yeni Müsavat” qəzeti keçirəcək. Bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Aksiyanı keçirtməkdə səbəb sözügedən firmanın qəzetə yığılıb qalan külli miqdarda borcu ödəməməsidir. “Qasid” həmin borcu ödəməməsi “Yeni Müsavat”ın fəaliyyətinə ciddi şəkildə ziyan vurub, əməkdaşlarının məvacib almalarına problem yaradıb. Bu məqsədlə qəzet kollektivi yenidən “Qasid” firması qarşısında aksiya keçirmək qərarına gəlib. Aksiya saat 14:00-a planlaşıdırılıb.

Bildirək ki, ötən ilin oktyabrında “Yeni Müsavat” və “Azadlıq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında aksiya keçiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO