“Pəncərə “

"Pəncərə"“Pəncərə” mədəniyyət jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayı da baş redaktor Günel Anarqızının oxuculara xitabı ilə açılır.
“Şəbəkə” bölümündə ötən ilin dekabrından bu ilin fevralınadək keçirilən mühüm tədbirlər, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr olunmuş gecələrin qısa xülasələri yer alıb. Toplunun “Dünya bir pəncərədir” adlı bölməsi böyük cazmen Vaqif Mustafazadənin həyat və yaradıcılığını əks etdirir.
“Pəncərədən əsdi külək” adlı bölümündəki Sara Oğuz Nəzirovanın “Küləkdən yoğrulmuş palitra” məqaləsi görkəmli rəssam Tofiq Cavadovun xatirəsinə həsr edilib. Xalq yazıçısı Anar “Yaralı heykəl, yaralı yaddaş” adlı məqaləsində Azərbaycanın qədim şəhəri olan, hazırda erməni işğalı altında inləyən Şuşanın yaranma tarixindən, və Xan qızı Natəvandan bəhs edib.
“Pəncərədən səs gəlir” adlı bölümdə mahir nağara ifaçısı Natiq Şirinovla müsahibə yer alıb.
Jurnalda oxucuların marağına səbəb olacaq digər məqalələr də öz əksini tapıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO