Peterburq jurnalistləri hakimiyyət nümayəndələri ilə münasibətləri öyrənəcək

Peterburq və Leninqrad vilayəti Jurnalistlər Birliyinin bələdiyyələr, rayon və korporativ KİV-lə iş komissiyası iyunun 23-də “Jurnalistlər Evi”ndə “İnsan qəzetdə” mövzusunda dəyirmi masa keçirəcək.

Birliyin katibi Valentin Sidorinin lenizdat.ru saytına bildirdiyinə görə, jurnalistlərin və Peterburq və Leninqrad vilayəti rayonlarının qəzet redaktorlarının görüşü KİV-lə hakimiyyət nümayəndələrinin münasibətinə həsr olunacaq. Çünki Sankt-Peterburqda bələdiyyə seçkiləri keçirildiyi halda, Leninqrad vilayətində seçkilər payızda keçirililəcək. Bundan başqa, KİV nümayəndələri bu görüşdə etik məsələlər, o cümlədən “Hansı yaxşıdır: seçkilərdə hansısa qüvvəyə satılmaq, yoxsa müstəqil olmaq” sualı üzərində də fikir mübadiləsi aparacaqlar.

Valentin Sidorinin sözlərinə görə, əvvəllər keçirilən bu kimi görüşlər müsbət nəticələr verib. Məsələn, komissiyanın keçən il kadr məsələsi ilə bağlı keçirdiyi görüşdən sonra vilayət mətbuatında heyət 10-15 faiz gəncləşib. Sankt-Peterburqun rayon qəzetlərində şəhər mətbuatından olan kadrlar işləməyə başlayıb. “Daha geniş yaradıcı mühit axtaran, öz potensiallarını daha geniş açmağa çalışan, azad və maraqlı yazmağa cəhd göstən və bundan ötrü maliyyə itkisinin olmadığını görən jurnalistlər məhz Peterburqun rayon nəşrlərinə axın etməyə başlayıb” – Sidorin bildirib.

Bundan əlavə, Valentin Sidorin bildirib ki, dəvət edilən redaktor və jurnalistlər öz qəzetləri ilə gələcəklər və gördükləri işlər barəsində fikir mübadiləsi aparacaqlar.

www.lenizdat.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO