“Ortaq Məxrəc ” “Ən yaxşı televiziya proqramı ” nominasiyasında qalib oldu

"Ortaq Məxrəc" "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olduMayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi “Azərbaycan ailəsi – 2010” kino festivalı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasim Bakının Muzey Mərkəzində keçirilib.

“Media forum” saytı xəbər verir ki, “Ən yaxşı film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı xarici film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial mövzulu video-çarx” nominasiyalarında qalib olanlara diplom və noutbuk hədiyyə edilib.

“Ən yaxşı televiziya proqramı” nominasiyasında İctimai Televiziyanın “Ortaq məxrəc” tok-şousu qalib olub. Tok-şounun aparıcısı telejurnalist Vəsilə Vahidqızıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO