“Noviy Peterburq “un jurnalistinin günahsızsızlığı sübut olunub

Sankt-Peterburq məhkəməsi ekstremist fəaliyyətə çağırış, milli və dini ədavəti qızışdırmaq, həmçinin, dövlət məmuruna böhtan atma maddələri ilə təqsirli bilinən “Noviy Peterburq” qəzetinin müəllifi və təsisçilərindən olan Nikolay Andruşenkonun günahsızlığını sübut edib. Andruşenkonun əməllərində cinayət tərkibi tapılmadığından ona bəraət verilib.

Milli ədavəti qızışdırmaqda fəaliyyətinə görə Andruşenkoya 1 illik şərti cəza verilmişdi. Cəza müddəti bitdiyindən onu sərbəst buraxmışdılar. Peterburq prokurorluğunun əməkdaşlarını aşkar təhqir etdiyinə görə onu 20 min rubl cərimələmişdilər.

Jurnalistə qarşı cinayət işi 2007-ci ilin payızında açılıb. Onu yalanda və ədalətin bərpa olunmasına əngəl törətməkdə günahlandırırdılar. Həmin vaxt Rusiya Mədəniyyətini Mühafizə İdarəsi “Noviy Peterburq”a ekstremist fəaliyyətinə son qoyması haqqında iki xəbərdarlıq etmişdi, bununla da qəzetin nəşri dayandırılmışdı.

Məmurların diqqətini Nikolay Andruşenkonun “Nəyə görə biz narazıların üzərinə gedirik” və Konstantin Çernyayevin “Əsl namizəd” məqalələri cəlb edib. Bu məqalələrdə ekstremizmə çağırış şüarları səslənib. Bir az keçmiş Peterburq Şəhər Məhkəməsi Rusiya Mədəniyyəti Mühafizə idarəsinin qəzeti bağlamaq haqqında təkrar iddiasını təmin etməmiş, bir müddət sonra isə qəzetin çapı bərpa olunmuşdu.

www.lenizdat.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO