Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü23 aprel dünya ədəbiyyatında və ədəbi mühitində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bir sözlə,
aprel ayının 23-ü – dünya ədəbiyyatının rəmzi tarixidir. 1616-cı ilin aprel ayının 23-də Servantes, Şekspir və İnka Qarsilaso de la Veqa vəfat ediblər. Bu gün həmdə dahi ədiblərin doğulduğu gün kimi də əlamətdardır. 1995-ci ildə YUNESKO-nun Baş konfransı aprel ayının 23-nü kitab və müəlliflərə hörmət günü elan etdi ki, hamı, xüsusilə də gənclər mütaliədən zövq almağı öyrənsin, bəşəriyyətin sosial və mədəni inkişafında əvəzsiz əməyi olmuş sənətkarların işinə hörmətlə yanaşsın. Bu günü bütün dünyada qeyd etməklə, YUNESKO mütaliəni və nəşriyyatı təbliğ edir. Azərbaycanda bu gün 2001-ci ilin aprelin 23-dən qeyd olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO