MTRŞ İctimai Televiziyanın baş direktoru vəzifəsinə müsabiqə elan edib

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

MTRŞ-dən SalamNews-a verilən məlumata görə, müsabiqədə iştirak edəcək şəxs Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədini aprelin 4-19-da Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra «İctimai Televiziya və Radio Yayımı haqqanda» Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO