MTRŞ telekanallara xəbərdarlıq etdi

Azərbaycanda fəaliyyət göstərən telekanallarda dil sahəsində ciddi dönüş yaransa da, hələ də qarışıq cümlələrdən yetərincə istifadə olunur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

“Telekanallarda dil problemi tamamilə aradan qaldırılmalıdır”, – Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, bu problemi həll etməkdə əsas dəstəyi ziyalılar verməlidirlər, amma çox təəssüf ki, ziyalılar da bu işdə öndə getmirlər.

MTRŞ sədri deyib ki, mütəxəssislər telekanalların dili ilə bağlı ciddi iradlar ortaya qoyarlarsa, onda Şura həmin kanallarla bağlı tədbir görməyə hazırdır.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO