MTRŞ serial çəkilişləri üçün telekanallara ayrılan pulun vəziyyətini yoxlayacaq

Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara serial çəkilişləri üçün ayrılan vəsaitin necə istifadə olunması ilə bağlı yoxlamalara başlayacaq.

Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. O bildirib ki, serial çəkilişləri üçün 300 min manat vəsait telekanalların hesabına ötən ilin dekabrında köçürülüb: “Hazırda serial çəkilişləri üçün iş növbəti, daha fəal mərhələyə keçməyə başlayır. Mən artıq tapşırıq vermişəm ki, telekanallar serial çəkilişlərinin necə getməsi ilə bağlı bizə arayış versin. Yanvarın axırlarında MTRŞ kanalların bu istiqamətdə nə iş gördüyünü yoxlayacaq və növbəti aylarda onlardan arayış alacaq. Telekanalların gördüyü işlər yoxlandıqdan, vəziyyətin necə olduğu müəyyənləşdirildikdən sonra vəsaitin qalan hissəsinin ödənilməsinə başlanacaq”.

N.Məhərrəmli sədri deyib ki, 2011-ci il üçün nəzərdə tutulan vəsait tam xərcləndikdən sonra şura 2012-ci il üçün vəsaitin ayrılması məqsədilə hökumətə müraciət edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO