Mətbuat Şurası məmurlara media ilə əlaqə qurmağın yollarını öyrədəcək

Mətbuat Şurası (MŞ) ATƏT-lə birgə bu ilin dekabrına qədər Avropadan dəvət edilmiş ekspertlərin iştirakı ilə “Dövlət qurumları ilə mətbuat arasında əlaqələrin inkişafı” adlı layihə sənədi hazırlayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına bildirib. Onun sözlərinə görə, məqsəd dövlət idarələrində mətbuatla işləyən şəxslərin hazırlıqlarını yoxlamaqdır. “Beynəlxalq ekspertlərlə birgə, biz dövlət qurumlarının mətbuatla işləməsi üşün hansı mexanizmlərə malik olduqlarını və bu işlərin təşkili mexanizmlərini təhlil edəcəyik”-deyə Ə. Amaşov bildirib. Mətbuat Şurasının hazırlayacağı sənəd dövlət qurumlarında çalışanların fəaliyyətini ətraflı əhatə edəcək və tövsiyyələr əksini tapacaq. Sənəd hazırlandıqdan sonra Prezidentə təqdim ediləcək. “Məqsədimiz odur ki, bu sənəd də mətbuatın inkişafına təkan verən digər sənədlər kimi qəbul olunsun”-deyə MŞ-nın sədri vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO