“Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin qalibləri bəlli olub

“Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin qalibləri bəlli olubOktyabrın 17-də Muzey Mərkəzində “Narkotiklərə yox!” başlığı altında keçirilən “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatların təqdimetmə mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqənin qalibləri ilə birlikdə ölkəmizə ABŞ, Fransa, Hollandiya, Bolqarıstan, Rusiya, İran, Almaniyadan karikatura təşkilatlarının rəhbərləri də dəvət olunub. Tədbirdə Dünya Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk və təşkilatın vitse-prezidenti Marlen Pole də iştirak edəcək. Qonaqlar oktyabrın 14-dən 20-ə qədər respublikamızda olacaqlar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına görə müsabiqənin qızıl medalına Alessandro Qatto (İtaliya), gümüş medala Vladimir Kazanevski (Ukrayna), bürün medala Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülüb. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri isə Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO