Milli Kitabxanaya Nobel mükafatı alan almandilli yazıçıların 50-yə yaxın kitabı hədiyyə edilib

Dünən M. F. Axundov adına Milli Kitabxanada “Almandilli ədəbiyyatın Nobel mükafatçıları – 1945-ci ildən sonra” adlı ədəbiyyat və plakat sərgisinin açılışı olub. AZADİNFORM xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə təşkil etdikləri sərgidə Nobel mükafatı alan 7 almandilli yazıçı haqqında geniş məlumat verən plakatlar, onların şəkilləri və əsərləri nümayiş etdirilib. Milli Kitabxananın direktoru Kərim Tahirov Almaniya səfirliyi ilə əməkdaşlıqlarından bəhs edib. Almaniyanın Azərbaycandakı səfiri Per Stankina isə Milli Kitabxana ilə faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini söyləyib. Səfir Nobel mükafatı alan almandilli yazıçıların 50-yə yaxın kitabını Milli Kitabxanaya hədiyyə edib. Tədbirin sonunda Azərbaycan və rus dilində 100-ə yaxın ədəbiyyatın sərgisinə baxış keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO