“Milli Kitab Mükafatında qalib gəlmiş roman adi danışıqdan da aşağı səviyyədə idi “

Hər dəfə ədəbi proseslərdən danışanda biz istiqamət olaraq Avropanı götürürük. Fərqi yoxdur – siyasətdə mədəniyyətdə və ya ədəbiyyatda. Burda heç bir qəbahət yoxdur. Bəzən etiraz edirlər. Amma həqiqət odur ki onlar bizdən daha çox mədəniyyətə sahib oldular.

Bunu deyən kimi də yenə reaksiyalar gəlir ki bizim tarixi mədəniyyətimiz var. Məşhur bir sual var – indi sən kimsən? Dünən yoxdu sabah həmişə var. Ədəbiyyata gəldikdə Avropa yazarlarından oxumuşuq ki əksəriyyəti öz ölkəsini tərk edib gedəndən sonra daha gözəl əsərlər yazıb məşhur olub. Kamyu və başqalarının adını çəkmək olar. Latın Amerikasında bir vaxtlar ədəbiyyat sürətlə inkişaf etdi. Latın Amerikası əzilmiş bir vəziyyətdə idi. Ordan Markes çıxdı başqa bir ölkədə yaşadı. Amma yeni öz ölkəsini öz kəndini yazdı. Evdən bayıra çıxmadan böyük ədəbiyyat yaratmaq istəyirik. Dünya ucsuz-bucaqsızdır. Nə qədər çox gəzsən bir o qədər çox bilirsən. İstedada güvənib evdən baxıra çıxmadan da gözəl əsərlər yaratmaq olar. Amma hələ ki bu azərbaycanlılar üçün deyil. Azərbaycanda faktiki ədəbiyyat var. Maraqlı kitablar də həmçinin. Amma bütünlükdə bu ədəbiyyatı təşkil etmir. Milli Kitab Mükafatındakı qaliblərin sıralanmasıyla bağlı ciddi etirazlar oldu. 19 yaşlı gənc qalib gəldi. Onun qalıb olduğu romana baxaq. Elə roman olmur. Biz adi söhbətlərimizdə belə danışırıq. Roman adi söhbətimizdən də aşağı səviyyədə yazılıb. Ona birinci yer vermək başqalarını həvəsdən salmaq demək idi. Orda Şərif Ağayar Rafiq Tağı kimi nəsrdə çox güclü olanlar vardı. Amma hamısı qıraqda qaldı.

İndi bir romanı bir həftəyə yazmaq dəb halını alıb

“Mən hekayə yazanda gündə bir səhifə roman yazanda gündə bir cümlə yazıram”-bunu Markes deyib. Amma bu gün dəyərli roman ortaya qoyan istedadlı gənc görmədim. Roman yazıram bitirə bilmirəm. Yəqin mənim gücüm istedadım imkan vermir bunu edim. “Qar” romanı yazmaq üçün Orxan Pamuk Almaniyanı Qarsı gəzdi. Çox gəzərsən çox görərsən. Gəzmədən də roman yazmaq olar. Amma bu sırf istedaddan asılıdır. Sadəcə bizim gənclərin iddialı dostların ortalığa çıxarılası bir şeyi olmadı. Yunus Oğuz dalbadal romanlar ortaya qoydu. Yazdı satışa çıxardı.

(“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO