“Media forum” saytının əməkdaşı 75 yazarın qatıldığı jurnalist müsabiqəsində ikinci yeri tutdu

Mayın 15-də yeni brendini təqdim edən “Azercell” şirkəti bu mərasimdə “Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda yazı müsabiqəsinin qaliblərinin adlarını da açıqlayıb. Təxminən iki ay davam edən müsabiqədə ümumi hesabla 75 iştirakçı qeydə alınıb və daşın Azərbaycan mədəniyyəti və tarixindəki rolu haqqında 60-dan çox məqalə dərc olunub. Qaliblər “Azercell”in hədiyyələri ilə təltif ediliblər. “Media forum” saytının əməkdaşı Aynur İmanova “Tarixin yol daşı” araşdırmasına görə müsabiqənin ikinci mükafatını qazanıb.

Brendin yenilənməsinə gəlincə, media nümayəndələri və qonaqlar qarşısında çıxış edən “Azercell”in prezidenti Ali Ağan deyib: “Azercell”in yenilənmiş brendini təqdim etməyə olduqca şadam. Yenilənmiş brend “Azercell”in korporativ dəyərlərini əks etdirir: bazarda lider olmaq, etibarlılığı qorumaq, bazar və istehlakçıların tələblərinə çevik cavab vermək, sosial məsuliyyət və Azərbaycanın ayrılmaz hissəsi olmaq arzusu. “Azercell”in yenidən çəkilmiş loqosu tünd bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır.

Daşın yeni brendin rəmzi kimi seçilməsi Azərbaycanın yerləşdiyi Avrasiya regionunda ölkələrin relyefi və irsindən irəli gəlir. Daş möhkəm yerli kökləri, fəaliyyətin uzun tarixini və “Azercell”in Azərbaycanda şəbəkə və xidmətlərinin etibarlılığını əks etdirir. Daş üzərində ağ xətlər bağlantı və “Azercell”-in xidməti sayəsində bütün nəsil azərbaycanlılar arasında əlaqəni tərənnüm edir”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO