“Müdrik sinədəftər “

"Müdrik sinədəftər"Folklorşünas Hikmət Əbdülhəlimovun tərtibatında “Müdrik sinədəftər” kitabı işıq üzü görüb.
“Nurlan” nəşriyyatında çap olunan kitabda məşhur folklor bilicisi Həyat Qaffarovanın folklor çələngindən nümunələr verilib, onların təhlili aparılıb.
İyirmi bir bölmədən ibarət folklor toplusunda sinədəftərin dilindən yazıya alınmış əmək, mövsüm mərasimləri, inam və etiqadla bağlı nəğmələr, deyişmələr, atalar sözü və tapmacalar, uşaq folkloru, əfsanələr, rəvayətlər, lətifələr və başqa nümunələr verilib.
Kitabın redaktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, rəyçi, professor İsrafil Abbaslı, nəşrə məsul, filologiya elmləri namizədi Əziz Ələkbərli, ön sözün müəllifi A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji İnstitutunun Etnokulturologiya kafedrasının elmi əməkdaşı, sənətşünaslıq doktoru Faiq Çələbidir. Xatırladaq ki, kitab Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO