“Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti “

"Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti"Aprelin 1-dən 2-dək Bakıda “Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti” adlı beynəlxalq konfrans reallaşacaq. Bu barədə Misir Mədəniyyət Mərkəzindən məlumat verilib.
Konfrans Azərbaycanda Misir Mədəniyyət Mərkəzi və “Xəzər” Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Adel Dərvişin çıxışı, Azərbaycandakı ərəb ölkələrinin səfirləri və ziyalılarının iştirakı nəzərdə tutulur. Beynəlxalq tədbirdə çıxışlarla yanaşı, Misir mədəniyyəti sərgisinin nümayişi də olacaq. Misir universitetlərindən olan professorların bu konfransda öz məqalələri ilə çıxış edəcəkləri gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO