Küveyt jurnalında Azərbaycan barədə yazı dərc olunub

Küveyt jurnalında Azərbaycan barədə yazı dərc olunubKüveytin və Körfəz regionunun aparıcı “Gulf Traveller” jurnalında Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin müsahibəsi və ölkəmizin turizm potensialı haqqında geniş məqalə dərc edilib. Yazı jurnalın redaktoru Əhməd Əbi Sidonun ölkəmizdə səfəri ilə bağlıdır. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər.
Məqaləsində ölkəmizdə 6 mindən çox mədəni-tarixi abidənin olduğunu xüsusi vurğulayan müəllif Azərbaycanın qədim tarixini, adət-ənənələrini, milli mətbəxinin zənginliyini, rəngarəng təbiətini və iqlim şəraitini tərənnüm edərək, yurdumuzun turizm imkanlarının ərəb ölkələrinin zövqünü oxşayacağını yazır.
Eyniz zamanda jurnalda Azərbaycanın bir çox görməli yerlərinin fotoşəkilləri dərc olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO