“Kitabi Dədə Qorqud ” və “Koroğlu ” macar dilində

"Kitabi Dədə Qorqud" və "Koroğlu" macar dilində“Kitabi Dədə Qorqud” xalq eposu və “Koroğlu” dastanı macar dilinə tərcümə olunub. Bu barədə Milli Elmlər Akademiyasının Folklor İnstitutundan məlumat verilib.
Bu kitablar Folklor İnstitutu ilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutunun elmi əməkdaşlığı nəticəsində və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə nəşr olunub.
Qeydlərin, şərhlər və izahların daxil edildiyi kitabda həmçinin qədim Azərbaycan-türk sözlərinin mənaları da yer alıb.
Böyük tirajla buraxılan hər iki kitab gələcəkdə başqa Avropa dillərinə tərcümə edilməsi də nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO