İki aparıcı ANS-dən qovuldu

Kamran Həsənli ilə Turan İbrahimov arasındakı gərginlik onların hər ikisinin işini itirməsi ilə nəticələnib

Dünən teleaparıcı Turanın səhhəti qəfildən pisləşib. Lent.az-a daxil olan məlumata görə, o, gün ərzində özünü yaxşı hiss etsə də, axşam saatlarında səhhətində anidən problem yaranıb. Xəbəri Turanın ailə üzvlərindən biri Lent.az-a təsdiqləsə də, həmin şəxs açıqlama verməkdən imtina edib.

T.İbrahimov bu gün aparıcısı olduğu “Günəbaxan” proqramına çıxmayıb.

Etibarlı mənbədən isə Lent.az-a bildirilib ki, aparıcı ANS televiziyasından qovulub. Buna bir neçə gün əvvəl onun aparıcı Kamran Həsənli ilə aralarında yaranan insident səbəb olub. Belə ki, aparıcılar öz proqramlarında bir-birlərinin ünvanına xoşagəlməz ifadələr səsləndiriblər. Buna görə hər iki aparıcı televiziyadan uzaqlaşdırılıb.

Bundan sonra “Şənbə gecəsi”ni Sevil Nuriyeva, “Toylar kraliçası”nı Çingiz Əhmədov aparacaq. “Günə baxan”ı isə bu gün Könül Baxşəliyeva təqdim edib.

ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO