Keçmiş baş prokuror Rəhim Qaziyevi və iki jurnalisti məhkəməyə verib

Sabiq baş prokuror İxtiyar Şirin “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı, baş redaktorun müavini Məlahət Zeynallı və sabiq müdafiə naziri Rəhim Qazıyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. O, Yasamal Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində bu şəxslər barəsində cinayət təqibinin başlanılmasını istəyib.

Keçmiş baş prokuror iddia edir ki, qəzetin 10-16 yanvar 2010-cu il sayına müsahibəsində sabiq müdafiə naziri Rəhim Qazıyev onun şərəf və ləyaqətini alçaldıb.

Bu gün tərəflər Yasamal Rayon Məhkəməsində işlə tanış olublar. “Xural”ın baş redaktoru Əvəz Zeynallı “Media forum”a bildirib ki, qəzet redaksiyasının yerləşdiyi və cavabdehlərin yaşadığı ünvan Yasamal ərazisində yerləşmədiyindən işə bu rayonun məhkəməsinin baxması düzgün deyil: “Yazı müsahibin dedikləri əsasında hazırlandığından qəzet və qəzetin rəhbərliyinin məhkəməyə verilməsi isə absurddur”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO