İKİ REDAKSİYAYA və BİR JURNALİSTƏ MALİYYƏ YARDIMI EDİLDİ

Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyəti 5 müraciətə baxıb. Müraciətlərdən ikisi əlavə araşdırma tələb etdiyi üçün saxlanıb, üçü isə təmin edilib. Ümumilikdə 1700 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.

“Media forum” saytı xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaksiyasına Qəbələ Konserv Zavodu ilə bağlı məhkəmə işinə görə 600 ABŞ dolları, “Gündəm xəbər” qəzetinin redaksiyasına Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti ilə məhkəmə işinə görə 500 ABŞ dolları, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova 600 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO