Jurnalistlər arasında keçirilən müsabiqə davam edir

Jurnalistlər arasında keçirilən müsabiqə davam edirJurnalistlər arasında keçirilən”Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək”müsabiqəsi davam edir
Dekabrın 3-də Azərbaycan Mətbuat Şurasında jurnalistlər arasında keçirilən “Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək” müsabiqəsi ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir.
Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə elan etdiyi müsabiqə “Azersun Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.
Şuranın sədri Əflatun Amaşov, ictimai birliyin sədri Şamil Sabiroğlu və başqaları müsabiqə haqqında ətraflı məlumat vermiş, onun əhəmiyyətindən danışmışlar. Bildirmişlər ki, bu ilin sentyabrında elan olunmuş müsabiqəyə 2010-cu il fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı verilmiş nümunələr təqdim edilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formasında təqdim olunmalıdır.
Mükafatlar 2010-cu il fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaqdır. Birinci yer üçün (1 nəfər) 1000 manat, ikinci yer üçün (2 nəfər) 650 manat, üçüncü yer üçün (3 nəfər) 300 manat pul mükafatı nəzərdə tutulmuşdur. Bundan əlavə, 5 nəfərə həvəsləndirici mükafatlar təqdim olunacaqdır. Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO