Jurnalistlər tətilə başladılar

Böyük Britaniya Yayım Korporasiyasının işçiləri tətil elan edib. Ötən gecə London, Birmingem və bir sıra digər şəhərlərdə BBC-nin bir neçə filialının əməkdaşları tətilə başlayıblar.
Milli Jurnalistlər Birliyinin təşkil etdiyi etiraz aksiyasına BBC-nin Dünya Xidməti də daxil olmaqla, bir neçə şəbəkəsinin işçilərinin ixtisara salınması planı əsas verib.

BBC-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq icra edən Tim Deyvi şirkət əməkdaşlarına məktubunda vəd edib ki, işdən çıxarılacaq jurnalistlər şirkət daxilində digər vəzifələrə keçiriləcək, lakin şirkətin bunu ixtisara düşəcək işçilərin hamısına şamil etmək imkanı yoxdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO