Jurnalistin ölümü ilə bağlı cinayət işi yenidən başlanıb

The Forbes jurnalının rus versiyasının öldürülmüş baş redaktoru Pol Xlebnikovun ailəsinin vəkili Larisa Maslennikova “Exo Moskvı” radiostansiyasına bildirib ki, baş redaktorun öldürülməsi ilə bağlı cinayət işi iyunun 19-da yenilənib.

İyunun 30-da Reuters agentliyi xəbər vermişdi ki, bir müddət əvvəl Xlebnikovun ailəsinin amerikalı vəkilləri cinayət işinin araşdırılmasının dayandırılması barədə bildiriş alıblar. Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə jurnalistlərə bildirib ki, mayın 28-də bağlanan cinayət işi yenidən açılıb. Bu barədə amerikalı vəkillərin rəyini soruşduqda isə vəkillər onlarda belə bir informasiyanın olmadığını bildiriblər.

Larisa Maslennikovanın “Exo Moskva”ya dediyinə görə, o, mayın 28-də “cinayət işində şübhəli şəxs elan olunan şəxslərin tapılmaması səbəbindən” cinayət işinin bağlanması haqqında bildiriş alıb. Bununla əlaqədar olaraq, zərəçəkənlər Rusiya Prokurorluğunun mühüm işlər üzrə müstəntiqinə müraciət ediblər. Müstəntiq şifahi şəkildə onlara bildirib ki, cinayət işi iyunun 19-da yenidən açılıb.

Vəkil həmçinin bildirib ki, jurnalistin öldürülməsində təşkilatçı kimi hal-hazırda başqa cinayətə görə cəza çəkən Fail Sədrəddinovun adı çəkilir. Cinayəti törətməkdə isə Kazbek Dukuzov və Musa Vaxayev şübhəli bilinir. Onlar hal-hazırda axtarışdadır. Xatırlatmaq yerinə düşər ki, cinayətin sifarişçisi kimi tanınmamış İçkeriya Respublikasının baş nazirinin sabiq müavini Xocəhməd Nuxayevin adı çəkilirdi. 2004-cü ildə onun ölümündən sonra sifarişçinin dəyişib-dəyişilməməsi haqqında məlumat verilmir.

Xatırladaq ki, ABŞ vətəndaşı Pol Xlebnikov 2004-cü ildə Moskvada öldürülüb. 2005-ci ildə Sədrəddinova, Vaxayevə və Dukuzova bu cinayətə görə ittiham elan edilib. 2006-cı ildə Moskva şəhər Məhkəməsi hər üç şəxsin bu cinayətdə əli olmadığı barədə qərar qəbul edib. Lakin jurnalistlərin yaxınlarının etirazından sonra Ali Məhkəmə şəhər məhkəməsinin qərarını qüvvədə saxlamayıb və iş yenidən baxılmaq üçün icraata götürülüb.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO