Çingiz Abdullayevin kitabının təqdimatı olacaq

Çingiz Abdullayevin kitabının təqdimatı olacaqİyunun 8-də Kitab Klubunun sərgi salonunda Çingiz Abdullayevin “Saturnun tövbəsi” adlı kitabının təqdimatı mərasimi reallaşacaq. Kitabın redaktoru Munisə Dadaşqızı, tərcüməçisi isə Təbəssüm Muxtarovadır. “Saturnun tövbəsi” kitabınında bəhs olunan hadisələri qədim Roma mifologiyasından qaynaqlanr. Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Urana əl qaldırır və hakimiyyəti əlinə alaraq onun yerinə keçir. Valideyninə qarşı göstərdiyi münasibətdən xoflanan Saturn öz övladlarını diri-diri gəmirərək udur. Əsərin qəhrəmanı Solaxay ləqəbli killerin həyat yoldaşının qeyri-insani hərəkətləri və bir sıra digər amillər sonda həyat faciəsinə- sevən atanın Saturna çevrilməsinə gətirib çıxarır. Məlumat üçün bildirək ki, Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Hazırda Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktorudur. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıdıb. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə şöhrət ordeni ilə təltif edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO