Çin xarici KİV-in fəaliyyətinə dair məhdudiyyətlərin bir hissəsini ləğv edib

Xarici jurnalistlər haqqında bəzi yumşaldıcı tədbirlər hələ Pekində keçirilən Olimpiada-2008 zamanı tətbiq edilmiş və iki aydan sonra başa çatmalıymış. Lakin Çin hökuməti əvvəlki normalara qayıtmamaq qərarına gəlib. Belə ki, artıq reportyorlar Çin vətəndaşlarından müsahibə üçün yerli administrasiyadan icazə almayacaq. Buna baxmayaraq, KİV nümayəndələrinin Tibetə çıxışı əvvəllər olduğu kimi məhdudlaşdırılıb. Öz növbəsində Çindəki xarici müxbirlərin Klubu hökumətin qərarını alqışlasa da, onun yerli səviyyədə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO