“Həyat oçerkləri “

İyunun 9-da “Atatürk” Mərkəzində Pənah Qurbanovun “Həyat oçerkləri” fəlsəfi kitabının təqdimat mərasimi reallaşıb. Mərasimi giriş sözü ilə acan professor Eldəniz Quliyev öncə təbir iştirakçılarına təşəkkürünü bildirib. P. Qurbanov bəşəriyyəti hər zaman bir sualın düşündürdüyünü deyib: “Filosofları hər zaman bir məsələ narahat edib. Bəşəriyyət haradan gəlib? Hara gedir?
Müəllif 60 illik axtarışlardan sonra bəşəriyyəti narahat edən suala cavab tapdığını bildirib: “Filosoflar bəşəriyyətin keçdiyi yolu tədqiq edəndə çox ciddi bir səhvə yol veriblər. Onlar hesab ediblər ki, insanlar ən azı iki milyon il ibtidai icma quruluşunda yaşadıqdan sonra yeni formasiyaya-quldarlığa keçmişdir. Bu çox ciddi səhv idi.” Tədbirdə bir çox mədəniyyət və ictimaiyyət xadimi iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO