Hüseyn Cavid yaradıcılığı ABŞ-da tədqiq olunur

Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur. Universitetin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur. Onun beynəlxalq “Journal of Language and Literature”-nin (Dil və Ədəbiyyat jurnalı) 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” adlı məqaləsi də çap olunub.

Qeyd edək ki, Audrey L.Altstadt H.Cavidin 130 illik yubileyi münasibətilə 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən keçirilən “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO