“Gündəlik Bakı ” kimi qəzetin müdafiəsinə ehtiyacım yoxdur “

"Gündəlik Bakı" kimi qəzetin müdafiəsinə ehtiyacım yoxdur"“Mənim “Gündəlik Bakı” adlı qəzetlə və onun rəhbərliyilə hər hansı dostluğum, əməkdaşlığım olmayıb. Ona görə də, bu qəzetdə barəmdə yazılanlar həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır”.

Bu bəyanatla Mətbuat Şurası İdarə Heyətinin ehtiyat üzvü, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı çıxış edib. Q.Çaxmaqlının sözlərinə görə, son günlər bəzi “reket qəzetlər” Mətbuat Şurasına qarşı öz səhifələrində təhqir, böhtan dolu yazılar yazmaqdadır: “Barəmizdə yazılanları Azərbaycan ictimaiyyəti birmənalı qəbul etmir.

Mən də adı qara siyahıya salınmış “Gündəlik Bakı” qəzetində gedən yazıların təhlilini apararaq belə qənaətə gəldim ki, İdarə Heyətinin ehtiyat üzvü kimi öz etirazımı bildirim.

Bu günlərdə “Gündəlik Bakı” qəzetilə bağlı mətbuatda çıxış edərək qeyd etmişəm ki, bu qəzet mənə qarşı təxribatla məşğul olur. Bu qəzet təxribat xarakteri daşıyaraq barəmdə yazır ki, guya onların rəhbərliyilə dostam. Mənim “Gündəlik Bakı” qəzetinin rəhbərliyilə heç bir dostluğum yoxdur, sadəcə tanışlığım var.

Qəzet yazır ki, guya mən onların dostu, himayəçisiyəm. Onlar mənim heç vaxt dostum olmayıb, mən onlara yazı verməmişəm. Mənim xəbərim olmadan Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasını tərifləyən yazı yazıblar. Guya bu təşkilatın dövlət qayğısına ehtiyacı var.

Qəzet Qafar Çaxmaqlının böyük işlərlə məşğul olduğunu yazır. Mənim “Gündəlik Bakı” kimi qəzetin dəstəyinə heç vaxt ehtiyacım olmayıb və olmayacaq da. Mən bu qəzetin barəmdə yazdıqlarına etirazımı bildirirəm. Onlar bu cür yazı verməklə müəyyən məqsədlər güdürlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO