Əflatun Amaşovdan jurnalistlər üçün dəyərli fədakarlıq…

Azərbaycanın Mətbuat Şurası (MŞ) fəaliyyət zamanı vəfat edən jurnalistlərlə bağlı qanunun qəbul edilməsinə nail olmaq istəyir. “Fəaliyyəti zamanı vəfat edən jurnalistlərlə bağlı məsələni gündəmə gətirmişik ki, bununla bağlı qanun qəbul edilsin.

Biz də, öz növbəmizdə, müvafiq sənədləri işləyib müxtəlif qurumlara təqdim edək” – bazar ertəsi “Trend”ə MŞ sədri Əflatun Amaşov bildirib.

O deyib ki, peşə fəaliyyətini yerinə yetirən zaman vəfat edən jurnalistlər barədə müxtəlif yerlərdə müxtəlif yanaşmalar var.

“Məsələn, milli korporasiyalar, iri media vasitələri əməkdaşları işə götürərkən əksər məsələlər müqavilədə öz əksini tapır. Müəyyən olunur ki, əməkdaş necə işləməlidir, hansı yerlərdə olmalıdır, döyüş bölgələrində olmalıdırmı, fövqəladə vəziyyətdə özünü necə aparmalıdır, həlak olarsa, onun ailəsinə hansı kompensasiya ödənilməlidir. İri media qurumlarında məsələ öz həllini tapır” – Amaşov əlavə edib.

Onun sözlərinə görə, MDB məkanında bir sıra ölkələr var ki, həmin ölkələrdə də bu məsələ öz həllini tapıb.

“Qanunvericilikdə göstərilir ki, hər hansı təşkilatın işçisi xidməti fəaliyyətini yerinə yetirərkən həlak olursa, onun ailəsinə müəyyən güzəştlər verilir. Ancaq jurnalistika elə peşədir ki, mənə elə gəlir, bununla əlaqədar xüsusi yeniliyə ehtiyac var” – Amaşov vurğulayıb.MŞ sədri onu da qeyd edib ki, bu hal KİV-ə dövlət dəstəyi konsepsiyasında da nəzərdə tutulur. “Konsepsiyada jurnalistlərin sosial problemlərinin həllilə əlaqədar məqamlar var. Yəqin ki, fondun fəaliyyəti genişləndikcə, fonda ayrılan sərmayə çoxaldıqca bu məsələlər öz həllini tapacaq” – Amaşov deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO