Facebook daha bir yeniliyi sınayır

Facebook sosial şəbəkəsi ucuz Android smartfonlar üçün saytın sadə versiyası olan Facebook Lite mobil tətbiqini sınaqdan keçirir.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda sözügedən mobil tətbiq Banqladeş, Vyetnam, Zimbabve, Nepal, Nigeriya, Sudan, Şri-Lanka və CAR-da əlçatandır. Sınaqlar uğurlu olduğu halda, mobil tətbiq başqa ölkələrdə də əlçatan olacaq. Bu tətbiq Android platforması ilə işləyən köhnə və ucuz smartfonlar, həmçinin 2G rabitəsinə və ya sadəcə zəif qoşulmaya malik istifadəçilər üçün nəzərdə tutulub.
 
Belə mobil tətbiqin çıxarılması əsas rabitə vasitəsi smartfon və mobil platformalardan istifadə olunan inkişaf etməkdə olan ölkələrin bazarında Facebookun öz mövqeyini gücləndirmək istəyinə sübutdur. 2014-cü ilin üçüncü rübündə Hindistan ən sürətlə inkişaf edən smartfon bazarı olub.
 
Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO