Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıb

Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıbİngiltərədə yayımlanan “Times” qəzetinin təhsil, araşdırma və tərcümə edilən əsərlər kimi meyarlara dayanaraq hazırladığı “Dünyanın ən yaxşı ali təhsil ocaqları” siyahısında 200 universitetin adı var. Modern.az xəbər verir ki, ilk beş sıranı başda Harvard olmaqla Amerika universitetləri tutur. İngiltərənin Oksford və Kembric universitetləri altıncı sıranı paylaşırlar.

Ümumiyyətlə, siyahıda ingiliscə təhsil verən universitetlər üstünlük təşkil edir. Belə ki, məhz ingiliscə təhsil səbəbiylə Fransanın tanınmış təhsil təşkilatlarından Ecole Polytechnic-in 39-cu yerdə olması sürpriz olaraq xarakterizə edilib. 15-ci sıradakı İsveçrə Federal Texnoloji Universitetinə qədər olan yerdə ilk sıralardakı təhsil qurumlarının hamısı ingiliscə təhsil verir.

Bu ilki ən yaxşı təhsil verən universitetlər sırasında Asiyadakı universitetlərin keçən illərə görə daha yaxşı mövqedə olmaları diqqət çəkir. Honqkong, Yaponiya, Cənubi Koreya və Çin universitetləri ilk 40 yerə düşə bilib.

Afrikadan isə sadəcə iki universitet, Cənubi Afrikadakı Keyptaun Universiteti ilə Misirdəki İsgəndəriyə Univeristeti ilə 200 təhsil qurumu arasına düşə bilib.

Araşdırmada Türkiyədən Bilkənt Universiteti 112-ci sırada, Ortadoğu Texnik Universiteti isə 183-cü yerdə qərarlaşıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO