Dünyanın məşhur qəzetlərindən biri 1,5 dollara satılıb!

“İndependent” rus milyarderin nəzarətinə keçir

Böyük Britaniyanın ən məşhur qəzetlərindən biri olan “İndependent” bu həftə rusiyalı milyarder Aleksandr Lebedevin nəzarətinə keçəcək.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Aleksandr Lebedev qəzeti almaq üçün simvolik məbləğdə pul – 1 funtserlinq, yəni 1,5 dollar ödəyib.

Rusiyalı milyarderi artıq Böyük Britaniyanın baş naziri Qordon Braun da qəbul edib. Baş nazir bu məşhur qəzetin yeni sahibi ilə şəxsən görüşmək istəyib. Görüşün uğurlu keçdiyi xəbər verilir.

Qeyd edək ki, “İndependent” son illər ciddi maliyyə problemləri yaşayır. Qəzet hər il 10 milyon funt sterlinq ziyana düşür.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO