Deputatın partiyası ən yaxşı yazı müəlliflərini mükafatlandırıb

Beynəlxalq Mətbuat Mərkəzində 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası 7 mayda başlatmış olduğu, Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında ən yaxşı yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Müsabiqə açağıdakı mövzularda keçirilib:

1. Azərbaycan-Türkiyə əməkdaşlığını zəruri edən şərtlər.
2. Bir millət iki dövlətdən – bir millət bir konfederativ dövlətə.
3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri.
4. Dövlətçiliyimizin sütunlarından biri-Türkçülük.

Bu dörd istiqamətdə qəbul edilən bütün yazılar kitab halında çap olunub tədbir iştirakçılarına paylanıb. Qaliblər aşağıdakə tələbələr seçilib:
1-ci yer – Əşrəf Əmirov,
2-ci yer – Murad Atış (Türkiyədə təhsil alan Türkiyəli tələbə),
2-ci yer – Mehman Həsənov,
3-cü yerə isə – Aysel İsazadə, Samir Nəbiyev, Şəhla Feyruzova.

Qaliblərə diplom və pul mükafatı təqdim edilib

Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, millət vəkili İlyas İsmayılov, Milli Elmlər Akademiyasının Tarix İnstitunun əməkdaşı Dilavər Əzimli, akademik Yəhya Yusif Canıyar, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədri Babaxan Muradov “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz və digərləri çıxış ediblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO