“Cumhuriyyət ” in baş redaktoru vəfat edib

Türkiyənin tanınmış jurnalistli – “Cümhuriyyət” qəzetinin baş redaktoru 85 yaşlı İlhan Səlcuq iyunun 21-i İstanbul xəstəxanalarının birində vəfat edib.

1925-ci ildə doğulan İlhan Səlcuq 1950-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 50 il köşə yazarlığı edən İlhan Səlcuq 2001-ci ildən “Cümhuriyyət”in baş redaktoru idi. Son zamanlar qəzetdə “Pəncərə” adlı rubrikada köşə yazıları ilə çıxış edirdi.

Məşhur jurnalist 1971-ci ildə hərbi çevrilişindən sonra həbsdə yatıb. 2008-ci il martın 21-də “Ergenekon” işinə görə tutulmuş, iki gün sonra sərbəst buraxılmışdı.

Allah rəhmət eləsin!

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO