İctimai Teleradio mükafatlandırılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2010-cu ildə qazandığı uğurlara görə “Azeri Business Award” mükafatına layiq görülüb.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən bildiriblər ki, “Buta Palace”da “Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi keçirilibr.
Təqdimat mərasimində İctimai Teleradionun cari ildəki nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etməsi və digər beynəlxalq uğurları xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Televiziya artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media qurumuna çevrilib.
2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb. Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Teleradionun artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib. Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradio əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO