“Cavid ömrü” Bakı Slavyan Universitetində nümayiş olunub

“Cavid ömrü” Bakı Slavyan Universitetində nümayiş olunubNoyabrın 12-də dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin həyat yolu və yaradıcılığından bəhs edən “Cavid ömrü” filmi Bakı Slavyan Universitetində (BSU) nümayiş olunub və filmin yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşü universitetin nəzdində fəaliyyət göstərən Humanitar liseyin kollektivi təşkil etsə də, filmin nümayişinə və yaradıcı heyətlə görüşə həsr olunan tədbirə universitetin bütün fakültələrini təmsil edən fəal tələbələr, professor-müəllim heyəti qatılıb.
Şagird və tələbələrin, müəllim kollektivinin görüşünə gələn yaradıcı qrupun üzvləri: filmin rejissoru Ramiz Həsənoğlu, Mircəfər Bağırov rolunun ifaçısı, xalq artisti Ramiz Novruz, İblis rolunun ifaçısı, əməkdar artist Məmməd Səfa, Mişkinaz rolunun ifaçısı Dilarə Əliyeva, filmin quruluşçu rəssamı Adil Azay, Ərtoğrul rolunun ifaçısı Vüsal Murtuzəliyev, Turan rolunun ifaçısı Dəniz Tacəddin lisey şagirdlərinin hazırladıqlrı ədəbi-bədii kompozisiyanı maraqla qarşılayıb və onların suallarını böyük həvəslə cavablandırıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO