Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı kitabı çapdan çıxıb

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Jurnalistika fakültəsinin nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı kitabı çapdan çıxıb. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərslikdə jurnalistikanın inkişafı mərhələləri, mətbuat üzərində tarixi qadağa mexanizmləri, jurnalistikanın nəzəri konsepsiyası, peşə etikasının və hüquqi tənzimləmə prosesinin əsas aspektləri, Kütləvi informasiya vasitələrinin tipoloji xarakteristikası, mətbuat janrları, praktik fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət, telejurnalistikanın bəzi yaradıcılıq prinsipləri və s. məsələlər öz əksini tapıb.

Kitab universitetlərin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO