Buxarest Yazıçılar Assosiasiyasının sədri Azərbaycan haqqında kitab yazacaqdır

Qhtxeber .az AzərTAc-a istinadən bildirir ki, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan haqqında kitab yazacaqdır.Jurnalistlərə müsahibəsində Horea Qırbea demişdir ki, bu fikrə ölkəmizlə yaxından tanış olduqdan sonra gəlmişdir. Rumıniyalı qonaq Azərbaycanla bağlı geniş materiallar topladığını və öz təəssüratlarını kitabda əks etdirəcəyini söyləmişdir. Əsərdə Azərbaycanın tarixi və bu günü, o cümlədən Quba məzarlığı ilə bağlı fikirlər öz əksini tapacaqdır. H.Qırbea demişdir: “Quba məzarlığına baş çəkəndən sonra başa düşdüm ki, Azərbaycanda

müşahidə etdiyim tərəqqi, inkişaf və sivilizasiya əslində böyük əziyyətlər və əzablar bahasına başa gəlmişdir. Bu məni çox mütəəssir etdi”.

Yazıçı onun bu təşəbbüsünün reallaşmasında Heydər Əliyev Fondunun dəstəyini xüsusi qiymətləndirmişdir. O bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana səfəri çərçivəsində siyasi, mədəni və sosial sahələri təmsil edən insanlarla görüşmüş, kitabın yazılması üçün vacib olan məlumatları onlardan almışdır. Azərbaycanda olduğu müddətdə artıq kitabı yazmağa başladığını diqqətə çatdıran yazıçı onun yalnız quru, cansız rəqəmləri və qeydləri əks etdirən əsər olmayacağını bildirmiş, vurğulamışdır ki, bu çox maraqlı kitab olacaqdır.

Yazıçının sözlərinə görə, kitabı yazmaqda əsas məqsəd həmvətənlərini Azərbaycanın gerçəklikləri, keçmişi və bu günü ilə yaxından tanış etməkdir.

Azərbaycan və rumın xalqlarının tarixində müəyyən oxşarlığın olduğunu deyən yazıçı əsərinin Rumıniyada geniş oxucu kütləsi üçün maraqlı olacağına əminliyini bildirmişdir. O demişdir ki, ölkənizlə bağlı materialları öyrənərkən bir şeyi aşkara çıxardım ki, rumın və Azərbaycan xalqları arasında oxşar cəhətlər mövcuddur. Amma rumın xalqının tarixi Azərbaycan xalqının tarixi qədər faciəvi olmamışdır. Hesab edirəm ki, rumın oxucusunun Azərbaycanla bağlı həqiqətlərdən öyrənə biləcəyi çox şeylər vardır.

Rumıniyalı yazıçı Azərbaycanda gördüklərinin onda unudulmaz hisslər oyatdığını da demişdir: “Səfərimin başa çatmasına çox az qalmışdır. Bir neçə gündən sonra mən vətənimə qayıdacağam. Amma mənim ürəyimin, qəlbimin, bir hissəsi əbədi olaraq Azərbaycanda qalacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO