Bu gün “Hesabat” jurnalının 7 yaşı tamam olur

Bu gün Azərbaycan mətbuatında müstəsna yerə sahib olan “Hesabat” jurnalının fəaliyyətə başladığı günüdür.

SalamNews xəbər verir ki, “Hesabat” jurnalı 2005-ci il aprelin 23-də təsis edilib. “ANS PRESS” Nəşriyyat Evi tərəfindən dərc olunan “Hesabat” jurnalında cəmiyyətdə mövcüd problemlər – korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özbaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. Jurnal Azərbaycanda şəffaf vətəndaş cəmiyyəti qurmaq istiqamətində əlindən gələni edən ciddi iqtisadi-siyasi nəşr olaraq qalır.

SalamNews İA jurnalının yaradıcı kollektivini bu münasibətlə təbrik edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO