“Bir işıq ucundan tutub gedirəm ” adlı kitab

"Bir işıq ucundan tutub gedirəm" adlı kitabBu yaxınlarda “Çinar-Çap” nəşriyyatında şair Qəşəm Çıraqlının “Bir işıq ucundan tutub gedirəm” kitabı nəşr olunub. Kitabın redaktoru, Vahid Poeziya məclisinin sədri Hacı Rafiq Əliyev nəşrə “Təxəllüsü şeirinə işıq saçır” adlı ön söz yazıb. Ön sözdə şairin yaradıcılığına müxtəlif aspektdən yanaşılıb, poeziyada onun öz yolunun olduğu diqqətə çatdırılıb. Ön sözün müəllifi Q. Çıraqlının yaradıcılığında vətənpərvərlik hisslərinin ön plana çəkildiyiin vurğulayıb: “Ümumiyyətlə, Vətənin problemləri, xüsusən xalqımızın ürəyinə, hissiyatına zorla hopdurulmuş, sirayət etdirilmiş Qarabağ dərdi, bu problemin aradan qaldırılması yolları Qəşəm Çıraqlının yaradıcılığında nəzərəçarpacaq bir xətt təşkil edir”. Q. Çıraqlını zəngin söz ehtiyatına malik şair kimi səciyyələndirən R. Əliyev onun həmişə axtarışda olduğunu, mənbəyi xalqa söykənən bu yaradıcılıq axtarışlarının səmərəli olacağına inandığını yazısında önə çəkib. Kitabda vətənpərvərlik, insansevərlik mövzusunda qələmə alınmış şeirlərlə bərabər, ictimai-siyasi həyatımızda baş verən hadisələrə-super dövlətlərin ikili siyasətinə qarşı kəskin münasibət ifadə edən poetik nümunələr toplanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO