Bakıda yeni kitab və rəsm salonu açılıb

Bakıda yeni kitab və rəsm salonu açılıbBu günlərdə şəhərimizin mərkəzində (Əhməd Cavad küç, 5) “Etüd” adlı yeni kitab və rəsm salonu istifadəyə verilib. Salonda alıcılara müxtəlif mövzulu kitablar təklif olunur. Eyni zamanda, alıcılar istədikləri kitabı sifariş edə də bilərlər.
Mağazada satışa çıxarılan rəsm əsərləri isə əsasən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və məzunlarına aiddir. Salon kitab təqdimatlarını, ayrı-ayrı rəssamların fərdi sərgilərini, eyni zamanda, əl işləri sərgilərini təşkil etməyi planlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO