Bakıda fransalı diplomat və alimin kitabının təqdimat mərasimi baş tutub

Sentyabrın 24-də “Əli və Nino” kitab mağazaları şəbəkəsində Paris Ali İdarəçilik Məktəbinin məzunu, diplomat və alim Filipp Moro (Defarj) ilə görüş və onun Azərbaycan dilinə tərcümə olunmuş “Geopolitikaya giriş” kitabının təqdimatı keçirilib. Kitab “Qanun” nəşriyyatında çap olunub. Azərbaycanda qonaq olan fransalı diplomat vurğulayıb ki, bu kitabı yazmaqda əsas məqsədi gəncləri bu sahənin metodoloji vasitəsi ilə tanış etməkdir: “Bu kitab müəyyən bir hadisələri başa düşmək üçün yaxşı bir vasitədir.”
Qeyd edək ki, kitabı Azərbaycan dilinə Fransada təhsil alan iki azərbaycanlı tələbə tərcümə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO