Bakıda “Alman dilli ədəbiyyat üzrə Nobel mükafatçıları – 1945-ci ildən sonra ” adlı sərgi

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Mərkəzi Elmi Kitabxananın Almaniya Səfirliyi ilə birgə təşkilatçılığı ilə “Alman dilli ədəbiyyat üzrə Nobel mükafatçıları- 1945-ci ildən sonra” adlı kitab və foto-material sərgisi keçirilib. Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina keçirilən tədbirin önəmliliyindən danışıb və bu cür mərasimlərin tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb. Səfir deyib ki, Nobel mükafatı ilə bağlı 1945-ci ildən alman ədəbiyyatı üçün yeni tələb qoyulub. Tələbdə bildirilib ki, əsərləri yazan yazarlar həm novator olmalı, öz əsərləri ilə yeni yol göstərməlidirlər. P. Stankina qeyd edib ki, 1945-ci il alman ədəbiyyatı üçün yeni mərhələ olub, ədəbiyyat üzrə mükafatçıları arasında alman yazarları üstünlük təşkil edir.
Sərgidə alman dilli mükafatçılardan Herman Hesse, Nelli Zaks, Elyas Kanetti və başqalarının müxtəlif dillərdə kitabları, internet materialları və foto-şəkilləri nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO