Azərbaycanda “ənənəvi mediadan yeni mediaya keçid” məsələsi müzakirə olunacaq

Azərbaycanda "ənənəvi mediadan yeni mediaya keçid” məsələsi müzakirə olunacaqİyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək.

Modern.az SAM-a istinadən bildirir ki, tədbirin keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir. Dəyirmi masada aşağıdakı məsələlərə aydınlıq gətirilməsi və müəyyənləşdirilməsi nəzərdə tutulur:
Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər; Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri; Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri; Yeni media və milli təhlükəsizlik; Yeni mediaya ictimai nəzarət mexanizmləri; Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media “yeni vasitə” kimi; “Yeni media” və demokratiya. Söz və fikir azadlığının yeni media ilə bağlılığı; İctimai şüurun formalaşmasında yeni medianın təsiri; Sosial şəbəkələrin psixoloji aspektləri və informasiya ötürmə qabiliyyəti.

Tədbirdə bu sahədə çalışan təcrübəli ekspertlər, ənənəvi və yeni media təmsilçiləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO