Azərbaycanda ilk dəfə şeir portalı yaradılıb

Azərbaycanda ilk dəfə şeir portalı yaradılıbAzərbaycanın ilk Şeir Portalı – Misra.az (http://www.misra.az) fəaliyyətə başlamışdır. Şeir yazan və internetə çıxışı olan hər bir şəxs sayta daxil olub istənilən dildə öz misralarını dərc edə bilər.
Misra.az saytında dərc olunan bütün əsərlərin müəllif hüquqları qorunur. Hər hansı əsərin müəllif hüquqları digər şəxslər tərəfindən pozularsa, onların bərpası saytın köməyi ilə həyata keçirilə bilər. Saytda dərc olunan əsərlər və yazılan resenziyalarla bağlı bal sistemi tətbiq olunub. Eyni zamanda, müsabiqə elan edilib. Müsabiqənin qaydalarına görə, ən çox bal qazanan ilk üç müəllifin topladığı ballar pula çevriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO