Azərbaycanda erməni dilində xəbər saytı açılıb

Azərbaycanın erməni dilində birinci xəbərlər portalı işə başlayıb. “Trend” agentliyinin məlumatına görə, armenia.az layihəsinin əsas məqsədi Azərbaycan həyatı haqqında obyektiv, hərtərəfli məlumatın erməni dilində ötürülməsi planında informasiya boşluğunun doldurulmasıdır.

Xəbərlər həm Ermənistan əhalisi üçün, həm də Azərbaycanda – Dağlıq Qarabağda yaşayan ermənilər üçün nəzərdə tutulub.

Portalda Azərbaycanla əlaqəli həyatın bütün sahələrinə həsr olunmuş xəbərlər, analitik məqalələr, müsahibələr dərc ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO